Modern.az

Türkiyə səfiri Ekologiya Nazirliyinə gəldi

Türkiyə səfiri Ekologiya Nazirliyinə gəldi

Aktual

8 May 2018, 15:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında tanışlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək