Modern.az

“Sputnik Azərbaycan” 3 yaşında - Baş redaktor: “Bizə dost olmayanları özümüzə dost etmək istədik”

“Sputnik Azərbaycan” 3 yaşında - Baş redaktor: “Bizə dost olmayanları özümüzə dost etmək istədik”

25 May 2018, 13:11

Bu gün “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin yaranma günüdür. Agentlik  3  yaşını qeyd edir. “Sputnik Azərbaycan” 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir.

Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir. “Sputnik Azərbaycan” onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. “Sputnik” 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir.

“Sputnik Azərbaycan”nın baş redaktoru  Mətin Yaşaroğlu Modern.az saytı ilə öz təəssüratlarını bölüşüb. O bildirib ki, üç il müddətində müəyyən çətinlikləri olub:

“Əvvəla bu müddət ərzində yeni bir informasiya agentliyinin Azərbaycan nümayəndəliyini cəmiyyətimizə tanıtmaq. Azərbaycan cəmiyyətində , mediasında yer tutmaq təbii ki, çox çətin idi. Ciddi mübarizələrimiz oldu, yaxşı yazılarla cavab verməyə, həmçinin, müəyyən həddi saxlamağa çalışdıq. Hətta bizimlə münasibəti olan dostlara qarşı biz də bir-iki addım atdıq. Bizə dost olmayanları isə özümüzə dost etmək istədik. Məqsədimiz bu idi. Açığı, bu üç il ərzində məni sevindirən bir məsələ var: artıq Azərbaycanın regionlarında da “Sputnik Azərbaycan”ı tanıyırlar. Bizə bölgələrdə olan hansısa sosial problemlər, əhalini maraqlandıran məişət məsələləri ilə bağlı şikayətlər daxil olur  və bölgə müxbirlərimiz bunları işıqlandıran zaman artıq region səviyyəsində olan məmurlar belə buna reaksiya verir, kömək etməyə çalışırlar. Yəni yazdıqlarımızın bir nəticəsi var. Mənə elə gəlir ki, yazdıqlarının nəticəsini görmək istənilən qələm əhlini sevindirir”.

M.Yaşaroğlu qeyd edib ki, “Sputnik Azərbaycan”nın iki redaksiyası var:

“Təxminən 30-dan yuxarı əməkdaşımız fəaliyyət göstərir. Eyni zamanda 5-6 nəfər bölgə müxbirimiz də var. Biz informasiyanı hamıdan tez verməyi deyil, o informasiyanı hamıdan dolğun və dəqiqləşdirilmiş verməyi qarşımıza məqsəd qoymuşuq. Yəni bizdən informasiya alan insan tam əmin olmalıdır ki, informasiya sosial şəbəkələrdə yayılan şayiə, “görəsən belədir” sualı yaradan xəbərlər deyil.

Bizim yalnız bir məqsədimiz var. Sloqanımızda yazıldığı kimi, “Deyilməyənləri deyirik”.  Azərbaycan gündəmi, siyasəti, Azərbaycan-Rusiya, Azərbaycan- Türkiyə, Azərbaycan - Qərb əlaqələri barədə daha dolğun məlumat vermək üçün daim çalışırıq. Yəni hardansa götürülmüş məlumatlarla yanaşı, özümüzün də araşdırmalarımız olur. Bu, istənilən sahəni əhatə edir. Biz çalışırıq ki, deyilməyənləri deyək. Üç ildə buna nə qədər nail olmuşuq, oxucular bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!