Modern.az

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Aktual

26 May 2018, 10:29

Meksikanın Quanaxuato ştatında son bir neçə gün ərzində 62 nəfər qətlə yetirilib.

 

Modern.az-ın məlumatına görə, ən çox insan ölümü olan qətl hadisəsi Salamanka şəhərində baş verib. Küçədə 11 cəsəd aşkarlanıb, onlardan 8-i parçalanıb qara plastik paketlərə yığılıb.

 

Bundan əlavə, Selaya şəhərində mayın 23-ü və 24-ü 10 nəfər qətlə yetirilib. Onlardan 5-i restoranda güllələnib.

Qeyd edək ki, Quanaxuato ştatında bir neçə narkotik maddələr alverçiləri qruplaşması arasında ərazi üzərində nəzarətə görə müharibə gedir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok