Modern.az

Gədəbəydə bıçaqlanma - Yaralı xəstəxanada öldü

Gədəbəydə bıçaqlanma - Yaralı xəstəxanada öldü

Aktual

26 May 2018, 21:31

Gədəbəy rayonunda münaqişə zəminində rayon sakini E.Quliyevə bıçaqla xəsarət yetirən Məhəmmədəli Cəfərli saxlanılıb.

 

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 25-də Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisindəki kafelərin birində kənd sakini M.Cəfərli münaqişə zəminində Poladlı kənd sakini Elşad Quliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

 

Xəstəxanaya yerləşdirilmiş E.Quliyev orada ölüb.

 

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Cəfərli saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!