Modern.az

Almaniya qaçqınlarla bağlı siyasətə yenidən baxır

Almaniya qaçqınlarla bağlı siyasətə yenidən baxır

Aktual

10 İyun 2018, 22:41

Almaniyada qaçqınlarla bağlı siyasətə yenidən baxılacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Horst Zeehofer açıqlama verib.

 

Nazir bildirib ki, yeni sənəd 63 bənddən ibarət olacaq.

 

Almaniyanın İqtisadi əməkdaşlıq və inkişaf naziri Qerd Müller isə “Augsburger Allgemeine” qəzetinə müsahibəsində qeyri-qanuni miqrasiyanın qarşısının alınması zərurliyini qeyd edib. “Qaçqınların Almaniyaya gəlməsi ilə bağlı qərarları qaçaqmalçılar yox, hökumət verməlidir”,- deyə nazir vurğulayıb.

 

O, qaçqınlarla bağlı yeni tədbirlər paketinin iyunun 12-də açıqlanacağını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok