Modern.az

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...

Dünya

24 İyun 2018, 23:46

“Seçkilərin artıq qeyri-rəsmi nəticəsi bəlli olub. Millətimiz mənə, partiyamıza və ittifaqımıza  etimad göstərib. Bu etimada görə millətimə təşəkkür edirəm”. Modern.az xəbər verir ki, bunu Prezident Ərdoğan AKP qərargahında seçkidən sonra ilk çıxışında bildirib.

 

Ərdoğan bildirib ki, millət özgür iradəsi ilə seçkiyə gedib, səsini verib: “Seçimə qatılan bütün namizədləri demokratik seçki prosesi münasibəti ilə bağlı təbrik edirəm. Ümid edirəm ki, heç kim məğlubiyyətini seçkilərin demokratik keçmədiyini deməklə, ört-basdır etməyə çalışmayacaq".

 

Ərdoğan qeyd edib ki, 90 faizlik seçici fəallığı çox vacib amildir: "Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəldi".

 

Ərdoğan həmçinin qeyd edib ki, xalq AKP-MHP birliyinə - Cümhur İttifaqına parlamentdə çoxluq imkanı tanıyıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir