Modern.az

Ölkə qaranlıqda qaldı: Mingəçevirdə enerji bloku partladı

Ölkə qaranlıqda qaldı:  Mingəçevirdə enerji bloku partladı

Aktual

3 İyul 2018, 00:41

Bakı şəhərinin böyük bir hissəsi, Sumqayıt şəhəri, həmçinin, ölkənin qərb, şimal-qərb və Aran bölgəsi qaranlıqda qalıb. Modern.az xəbər verir ki, səbəb Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verməsidir.

 

Məlumata görə, qəza səbəbindən İstilik Elektrik Stansiyasında enerji bloklarından birinin fəaliyyəti dayanıb.

 

Qəzanın səbəblərini aradan qaldırmaq üçün "Azərişiq" ASC-nin rəhbərliyi də daxil olmaqla bütün işçilər işə çağırılıb.

 

Baş vermiş partlayışdan sonra başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilmir.

 

Hal-hazırda qəzanın səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir