Modern.az

“Qaçqınkom”da köçkünlərin növbəti qəbulu keçirilib

“Qaçqınkom”da köçkünlərin növbəti qəbulu keçirilib

Aktual

17 İyul 2018, 16:24

İyulun 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

 

Modern.az xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri iştirak ediblər.

 

Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

 

 

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək