Modern.az

Aralıq dənizində 1500 miqrant batdı

Aralıq dənizində 1500 miqrant batdı

Dünya

5 Avqust 2018, 00:31

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Aralıq dənizində 7 ayda 1500-dәn çox miqrantın boğularaq öldüyünü açıqlayıb. Modern.az Türkiyə mediasına  istinadən xəbər verir ki, məlumatda 60 min adamın da Aralıq dənizini keçdiyi bildirilib.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi tranzit yollar üzərindəki dövlətlərə nizamsız miqrasiyanın qarşısının alınması üçün tədbirlər görmələri ilə əlaqədar çağırış edib.

 

Qeyd edək ki, İspaniyaya dəniz yolu ilə yanvar ayından etibarən 23 min 500-dәn çox miqrant keçib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir