Modern.az

İnquşlar çeçenlərə qarşı çıxdı, havaya atəş açıldı

İnquşlar çeçenlərə qarşı çıxdı, havaya atəş açıldı

Dünya

4 Oktyabr 2018, 13:16

İnquşetiya sakinləri respublikanın inzibati mərkəzi sayılan Maqas şəhərində etiraz aksiyasına çıxıblar.

 

 Modern.az BBC-nin Rusiya xidmətinə istinadən xəbər verir ki, yerli parlamentin deputatları təhlükəsizlik qüvvələri tərəfindən təcili evakuasiya olunublar.

 

İnquş camaatının əsas narazılığı qonşu Çeçenistanla sərhədlərin yekun formada müəyyənləşməsidir. Belə ki, iki respublika arasındakı razılaşma əsasında İnquşetiyaya məxsus neft-qaz regionu Çeçenistana veriləcək.

Etirazçı kütlənin sayının 5-10 min arasında dəyişdiyi və gərginliyin qaldığı bildirilir. Respublikanın rəhbəri Yunusbəy Yevkurovun çıxışı zamanı onun üstünə butulka atılmasından sonra polis qüvvələri havaya atəş də açıblar.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı