Modern.az

Cəlilabadda faciə: İki nəfər UÇQUN altında qaldı

Cəlilabadda faciə: İki nəfər UÇQUN altında qaldı

Aktual

18 Oktyabr 2018, 11:44
Cəlilabad rayonunda fəhlə tikinti sahəsində uçulan divarın altında qalıb ölüb.
 
Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib.
 
Rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlu ilə birlikdə Şıxlar kəndində Quliyeva Sevil Mansur qızına məxsus həyətyanı sahədə yarımçıq tikilini sökərkən divar onların üzərinə aşıb.
 
Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, E.İsmayılov xəstəxanada ölüb.
 
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok