Modern.az

İsraildən Suriyaya xəbərdarlıq

İsraildən Suriyaya xəbərdarlıq

Dünya

5 Noyabr 2018, 23:48

“Suriyanın S-300-ləri İsrail hədəflərinə zərbələr endirərsə, onları məhv edəcəyik”. Modern.az xəbər verir ki, belə açıqlama ilə İsrailin Qüds İşləri üzrə naziri Zeyev Elkin çıxış edib.

Zeyev Elkin qeyd edib ki, Suriya ordusu əllərinə düşən hərbi texnikadan hər zaman doğru istifadə etməyi bacarmır: “Yanlış istifadə nəticəsində mülki təyyarə vurula bilər. Bu regionda hava nəqliyyatı təhlükədə ola bilər”.

 

O vurğulayıb ki, S-300 radiusu bütün İsrail ərazisini əhatə edir:

 

“Suriyalılar İsrail ərazisində hərbi təyyarəsini vurmaq istəyində ola bilərlər. Hətta mülki təyyarə də ola bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir