Modern.az

Slovakiyanın baş naziri Azərbaycana gəlib

Slovakiyanın baş naziri Azərbaycana gəlib

Aktual

12 Noyabr 2018, 19:02

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

 

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir