Modern.az

Paşinyanın yeni kadr təyinatları məlum oldu

Paşinyanın yeni kadr təyinatları məlum oldu

Dünya

12 Dekabr 2018, 11:33

Ermənistan parlamentinin spiker və vitse-spikerlərinin adları məlum olub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, spiker postunun hazırda baş nazirin birinci müavini səlahiyyətlərini icra edən Ararat Mirzoyan tərəfindən həyata keçiriləcəyi gözlənilir. Bundan başqa, vitse-spiker postlarına “Mənim addımım” blokundan Alen Simonyan və Lena Nazaryanın təyin olunacağı da heç kəsdə şübhə doğurmur.

 

Paşinyan hökumətinin diaspor, mədəniyyət, təhsil, elm, həmçinin, idman və gənclərlə iş üzrə nazirlikləri birləşdirməyi planlaşdırdığı xəbər verilir.

Yeni nazirliyə hazırda təhsil naziri səlahiyyətlərini icra edən Araik Arutunyanın təyin olunacağı gözlənilir.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!