Modern.az

15 yaşlı qızı evlənmək məqsədi ilə qaçırdılar

15 yaşlı qızı evlənmək məqsədi ilə qaçırdılar

Aktual

13 Dekabr 2018, 10:42

Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü