Modern.az

İranlı general silahla ehtiyatsız davrandığına görə öldü

İranlı general silahla ehtiyatsız davrandığına görə öldü

Dünya

17 Dekabr 2018, 17:49

İran İnqilab Keşikçiləri Ordusunun (İİKO) generalı Qodratolla Mansuri silahla ehtiyatsız davrandığına görə ölüb.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.

Ehtimal olunur ki, general tapançasını təmizləyərkən güllə açılıb və onun başına dəyib.

Qeyd edək ki, Qodratolla Mansuri ötən əsrin 80-ci illərində baş tutmuş İran-İraq müharibəsinin veteranı idi. O, 2014-cü ildən bəri ölkənin şimal-şərqindəki İİKO Quru Qoşunlarının komandiri olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir