Modern.az

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

Aktual

16 Yanvar 2019, 19:14

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb.

 

Bunu Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən E.Məmmədyarov və Z.Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə bu gün Parisdə keçirilmiş görüşü şərh edərkən bildiriblər.

Qeyd olunub ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

 

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir