Modern.az

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi

19 Yanvar 2019, 16:27

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ilk dəfə “Qanımız bir, canımız bir” adlı könüllü qanvermə aksiyası keçirilib.

Aksiyanın məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbçilərimizin sağlamlığının qorunmasına kömək etməkdir.

Aksiyanı Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 20 həkimdən ibarət briqadası  aparıb. Aksiya çərçivəsində könüllü donor kimi Dövlət Komitəsinin 100 nəfərə yaxın əməkdaşı qan verib.

Tədarük olunan qan nümunələri hərbi qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok