Modern.az

Putin Ərdoğanla danışıqlarda taktiki qələbə qazanıb

Putin Ərdoğanla danışıqlarda taktiki qələbə qazanıb

Dünya

28 Yanvar 2019, 12:23

“Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Suriya danışıqlarında taktiki qələbə qazanıb”.

Modern.az xəbər verir ki, bu barədə “Arab Weekly” jurnalı yazır.

 

Nəşr Putinin ehtiyatla hərəkət edərək, Ərdoğanı Kremlə dəvət etdiyini bildirib:

"Moskva danışıqlardan öncə Türkiyənin təsiri altında olan İdlibdəki mücahidlərin öz mövqelərini möhkəmləndirməsi barədə məlumat yayaraq, arqument qazanmışdı. Bu addımla Kreml, Türkiyənin Suriya razılaşmalarını tam icra etməsi barədə rəy yaratmağa çalışırdı".

 

Türkiyə liderinin həmin qruplaşmaları tərkisilah edilməsi barədə öhdəliyi öz üzərinə götürməsi Putinin bu qarşıdurmada kiçik qələbə qazandığını göstərir.

 

Digər tərəfdən, “Arab Weekyl” bildirir ki, ABŞ-ın Suriyadan qoşunlarını çıxarmasına baxmayaraq, Ankaraya YPG-yə qarşı hərbi əməliyyatlara başlamağa imkan verməməsi də regiondakı situasiyanı Putinin istədiyi axara yönəltməyə imkan verir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir