Modern.az

Tramp İranı nüvə razılaşmasına riayət etməməkdə suçladı

Tramp İranı nüvə razılaşmasına riayət etməməkdə suçladı

Dünya

3 Fevral 2019, 19:59

ABŞ prezidenti Donald Tramp İranı nüvə razılaşmasına riayət etməməkdə ittiham edib. Modern.az xəbər verir ki, Donald Tramp "CBS" telekanalına müsahibəsində kəşfiyyat məlumatlarına əsasən bu qənaətdə olduğunu bildirib: “Mənim kəşfiyyatım var, amma bu o demək deyil ki, mən onlarla razılaşmaq məcburiyyətindəyəm. Kiçik Corc Buş kəşfiyyatın İraqın "kütləvi qırğın silahlarının bütün növlərinə" malik olduğu barədə məlumata inandı. Kəşfiyyatın bu əməkdaşları nə etdiklərini qətiyyən anlamırdılar və bizi heç vaxt iştirak etməyimiz lazım olmayacaq müharibəyə qarışdırdılar. Mən isə bəzən onlara inanmıram".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!