Modern.az

Gürcüstanda “donuz qripi”dən daha bir nəfər öldü

Gürcüstanda “donuz qripi”dən daha bir nəfər öldü

Aktual

8 Fevral 2019, 20:27

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb. Modern.az “Report”a istinadən xəbər verir ki, yüksək risk qrupuna daxil olan həmin şəxs xəstəxanada müalicə alıb.

 

Pasientdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

 

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. Ölüm faktlarının 8-i Acarıstan MR-in payına düşür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək