Modern.az

Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

Aktual

12 Fevral 2019, 17:49

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

Modern.az saytı Oxu.az-a istinadən xəbər verir ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. 

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok