Modern.az

Ombudsmanın parlamentə hesabat günü açıqlandı  

Ombudsmanın parlamentə hesabat günü açıqlandı   

Parlament

20 Fevral 2019, 13:32

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Milli Məclisə hesabat verəcəyi tarix açıqlanıb.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) martın 5-də Milli Məclisə 2018-ci ilin illik hesabatını təqdim edəcək.


Hesabatı Ombudsman Elmira Süleymanovanın təqdim edəcəyi gözlənilir.


Qeyd edək ki, E.Süleymanova illik hesabatını parlamentin həmin gün keçiriləcək plenar iclasında təqdim edəcək.

Hesabatın yaxın günlərdə tanışlıq üçün Milli Məclisin deputatlarına paylanılması nəzərdə tutulub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir