Modern.az

Fransada 40 min homoseksual evlənib

Fransada 40 min homoseksual evlənib

Aktual

27 Fevral 2019, 16:11

2013-ci ildə eynicinslilərin evliliyinə razılıq verən Fransada 2013-2018-ci illərdə 40 min homoseksual  kişi bir-biri ilə evlənib.

Modern.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu məlumat ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu tərəfindən nəşr olunan hesabatda əksini tapıb. Hesabatda qeyd edilib ki, təkcə ölkədə 2017-ci ildə Fransada 7244 homoseksual nikah bağlanıb.

Fransada heteroseksual evliliklərin sayı son 20 ildə azalsa da, homoseksual evliliklərin sayının ildən-ilə artması diqqət çəkib.

Xatırladaq ki, Fransada 2013-ci ildə qəbul edilən eynicinslilərin nikahına şərait yaradan qanun ölkə daxilində geniş miqyaslı etiraz aksiyaları ilə qarşılanmışdı. 400 min Paris sakini paytaxtın küçələrində aksiyalar keçirərək qərara etiraz etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok