Modern.az

TANAP-ın Avropaya qaz tədarükü üçün hazır olacağı vaxt açıqlandı

TANAP-ın Avropaya qaz tədarükü üçün hazır olacağı vaxt açıqlandı

12 Mart 2019, 20:40

İşlər plana uyğun davam etsə, Trans-Anadolu qaz kəməri (TANAP) 2019-cu ilin iyulunda Avropaya qaz tədarükü üçün hazır olacaq.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol bildirib.

 

O bildirib ki, ötən ilin iyununda TANAP-ın sıfır mərhələsi işə salındıqdan sonra Türkiyəyə qaz tədarükü başlayıb. Birinci mərhələ ilə sınaq qaz tədarükü isə aprelin 15-dən başlayacaq.

 

S.Düzyol əlavə edib ki, 2018-ci il iyunun 30-dan bu il fevralın 28-dək Türkiyə TANAP vasitəsilə 1,25 milyard kubmetr qaz əldə edib.

 

O vurğulayıb ki, TANAP-ın buraxılış gücü ildə 16 milyard kubmetr təşkil edir, daha sonra isə bu göstəricini 31 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok