Modern.az

Avropa İttifaqı ölkələri Suriyaya yeddi milyard dollar verir

Avropa İttifaqı ölkələri Suriyaya yeddi milyard dollar verir

Aktual

15 Mart 2019, 00:16

Avropa İttifaqı (Aİ) ölkələri Suriyaya il ərzində yeddi milyard ABŞ dolları (6,2 milyard avro) həcmində yardım göstərmək barədə razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının humanitar yardım və böhrandan mühafizə üzrə komissarı Xristos Stilianidis təsdiqləyib. Brüsseldə keçirilən və 50-dən artıq donor ölkənin təmsilçilərinin qatıldığı konfransda Almaniya nümayəndələri Suriyadakı vətəndaş müharibəsi qurbanlarına yardım üçün əlavə 1,44 milyard avro vəsait ayırmağı vəd ediblər.

 

Konfrans çərçivəsində razılaşdırılan vəsaitlər ilə ərzaq, tibbi ləvazimatlar və dərmanların alınması, eləcə də uşaqların tədrisə cəlb edilməsi maliyyələşdiriləcək. BMT-nin rəsmi statistikasına əsasən, hazırda Suriyada 11,7 milyon insanın humanitar yardıma ehtiyacı var. Bundan başqa isə Türkiyə, Livan və İordaniyadakı qaçqın düşərgələrində yaşayan milyonlarla insana maddi yardımlar çatdırılmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir