Modern.az

Paşinyan Kremllə  olan problemləri etiraf etdi: “Güvənsizlik görürük”

Paşinyan Kremllə  olan problemləri etiraf etdi: “Güvənsizlik görürük”

24 Aprel 2019, 11:10

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə problemlər olduğunu etiraf edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazir Moskvanın bəzi hökumət üzvlərinə şübhə ilə baxdığını etiraf edib.

“Mən açıq danışmaq istəyirəm. Sirr deyil ki, Rusiya elitasında inqilab yolu ilə hakimiyyətə gələn şəxslərlə bağlı müəyyən problem var. Bu insanlar keçmişdə siyasi müxalifət, fəallar olub. Onlar hakimiyyətlə əməkdaşlıq etməmək üçün vətəndaş cəmiyyətinə sığınmalı olmuşdular. Vətəndaş cəmiyyəti isə beynəlxalq təşkilatlar, o cümlədən Rusiyanın neqativ baxdığı təşkilatlar tərəfindən maliyyələşdirilirdi. Bu səbəbdən biz özümüzə qarşı güvənsizlik görürük və bunun yaxın vaxtlarda aradan qalxacağına ümid edirik”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir