Modern.az

Gömrükçülər düyünün içindən 3 milyon pul tapdı

Gömrükçülər düyünün içindən 3 milyon pul tapdı

Aktual

24 Aprel 2019, 16:42

Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Bu haqda Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib.

 Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin ”Xanoba” gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi ”Toyota Camry” markalı avtomobilə baxış keçirilib.

Baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar