Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn arasında danışıqlar 2 saat davam edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlardan saonra iki lider mətbuata danışıb.
Putin danışıqları müsbət dəyərləndirib və Koreya yarımadasında nüvəsizləşmə probleminin müzakirə edildiyini açıqlayıb.
Şimali Koreya lideri isə Putinə maraqlı söhbət üçün öz təşəkkürlərini ifadə edib.