Modern.az

“Rayonumuzu təmiz saxlayaq” – Binəqədidə layihə

“Rayonumuzu təmiz saxlayaq” – Binəqədidə layihə

Aktual

26 Aprel 2019, 12:30

Binəqədi rayonunda yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə “Rayonumuzu Təmiz Saxlayaq” adlı layihə həyata keçirilir.

Keçirilən layihənin əsas məqsədi  ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Layihə çərçivəsində məişət tullantılarının daşınması , müxtəlif növ mövsümi ağacların əkilməsi nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok