Modern.az

Bakıda narkotik satan jurnalist tutuldu

Bakıda narkotik satan jurnalist tutuldu

Media

2 May 2019, 12:00

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.

Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.

Faktla bağlı cinayət işi başlanıb. 

Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az adlı milli informasiya agentliyinin təsisçi və baş redaktorudur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!