Modern.az

Rusiya Qəbələ RLS-i Türkiyə ərazisinə köçürə bilər

Rusiya Qəbələ RLS-i Türkiyə ərazisinə köçürə bilər

Təhsil

18 Dekabr 2009, 11:25

“Rusiya, Türkiyə və ABŞ Raketdən Müdafiə Sistemləri  (RƏM) sahəsində əməkdaşlıq edə bilər”. Modern.az-ın məlumatına görə, bu barədə Rusiyanın Türkiyədəki səfiri Vladimir İvankovski Türkiyənin “Akşam” qəzetinə verdiyi müsahibədə bildirib. O, Moskva, Vaşinqton və Ankaranın bir sıra regional məsələlərdə birgə siyasət yeritməsinin vacibliyini qeyd edib. “Türkiyə regional gücə çevrilir. Buna görə də Yaxın Şərq və Cənubi Qafqaz problemlərinin həllində ABŞ və Rusiya Türkiyənin mövqeyini nəzərə almalıdır”-deyə rusiyalı diplomat əlavə edib.  Onun sözlərinə görə, hazırda ABŞ, NATO və Rusiya Raketdən Müdafiə Sisteminin yaradılması üzrə intensiv müzakirələr aparır. “Hələlik nəticə yoxdur, lakin danışıqılar uğurlu olsa, onda Rusiya öz radarlarını təklif edə bilər. Biz Türkiyədə yaradılacaq belə bir sistemə qoşulmağa etiraz etmirik.  Bizim Azərbaycanda radar sistemimiz var. Əgər Türkiyə yeni radar sisteminə qoşulsa, onda biz Azərbaycandakı Qəbələ RLS-i Türkiyə ərazisinə köçürə bilərik”,-deyə səfir bildirib.    

 

Türkiyə - Ermənistan münasibətlərinin normallaşmasına gəlincə, diplomat qeyd edib ki, Rusiyanı bu məsələ narahat etmir. Bununla belə, o, qeyd edib ki, regionda Rusiya, Ermənistan və Türkiyə arasında iqtisadi əlaqələr çox vacibdir. “Azərbaycan və RF arasında münasibətlərin yaxşılaşması Türkiyə - Ermənistan yaxınlaşmasına yol açıb” kimi fikirlərə gəlincə, diplomat qeyd edib ki, bu cür  yanaşma düzgün deyil.

Onun sözlərinə görə,  Azərbaycan və Rusiya arasında onsuz da yaxşı münasibətlər mövcuddur. “Siz azərbaycanlıları qardaş adlandırırsınız.Rusiyada isə 2 milyon azərbaycanlı yaşayır. Onlar Rusiyada işləyir və ailələrinə pul göndərirlər. Buna görə də elə biz də azərbaycanlıları öz qardaş və bacılarımız adlandıra bilərik”-deyə rusiyalı diplomat bildirib.

 

Səfir qeyd edib ki, Rusiya Qarabağ münaqişəsinn həlli üçün səylər göstərir. Lakin bu prosesin Türkiyə - Ermənistan münasibətlərinin normallaşması ilə əlaqələndirmək məntiqi deyil.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü