Modern.az

Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu

Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu

Aktual

20 May 2019, 00:39

Axşam saatlarından başlayaraq Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında güclü külək və yağışlı hava şəraiti müşahidə olunur.

 

Modern.az  “Report”a istinadən xəbər verir ki, Gəncə şəhəri, həmçinin Daşkəsən və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

 

Fırtına səbəbindən Daşkəsən şəhərində irigövlədi ağac kökündən çıxaraq yola aşıb.

 

Hava şəraitinin kəskin dəyişməsi səbəbindən bölgədə ciddi fəsadların yaranıb-yaranmaması ilə bağlı hələ ki, məlumat yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?