Modern.az

XİN ABŞ vətəndaşının adını “qara siyahı”dan çıxardı

XİN ABŞ vətəndaşının adını “qara siyahı”dan çıxardı

Aktual

24 May 2019, 11:46

ABŞ vətəndaşı Robert Qiş Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

 

Bu barədə Modern.az-a XİN-dən məlumat verilib. 

 

Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Robert Qiş müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib. O, habelə işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

 

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir