Modern.az

Abşeronda evdə qaz balonu partladı: yaralı var

Abşeronda evdə qaz balonu partladı: yaralı var

Aktual

25 May 2019, 23:54

Abşeron rayonunun Məhəmmədi kəndindəki evlərdən birində qaz balonu partlayıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Məhəmməd Füzuli küçəsi, ev 14-də baş verən hadisə nəticəsində 1952-ci il təvəllüdlü Salmanova Sitarə Sarı qızı xəsarət alıb.

 

Yaralı bədənin 1 və 2-ci dərəcəli kimyəvi yanıq xəsarətləri ilə 5 saylı Şəhər Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

 

Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok