Modern.az

QMİ-dən mollalara tövsiyə: Qarabağın azadlığı üçün dualar edin!

QMİ-dən mollalara tövsiyə: Qarabağın azadlığı üçün dualar edin!

Qarabağ

28 May 2019, 09:46

Müqəddəs Ramazan ayını yaşayırıq. Bu günlərdə bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr mavini Qəmər Cavadlının Modern.az-a bildiriyinə görə, qurum mollalara da daim belə tövsiyələr verir:

“Bizim elə məclisimiz yoxdur ki, Qarabağla bağlı dualar oxunmasın. Daim tövsiyə olunur ki, din xadimləri bütün mərasimlərdə digər dualarla yanaşı, doğma Qarabağ torpaqlarımızın azadlığı üçün də dualar oxusunlar, şəhidlərimizi yad etsinlər”.

 

Novruz NOVRUZLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir