Modern.az

“Azərbaycan və Avropa Şurası” kitabının təqdimatı oldu

“Azərbaycan  və Avropa Şurası” kitabının təqdimatı oldu

Təhsil

21 Dekabr 2009, 14:11

Modern.az xəbər verir ki, dekabrın 21-də “Park İnn” otelində Avropa Şurasının 60 illiyinə həsr olunmuş “Azərbaycan  və Avropa Şurası” kitabının təqdimatı keçirilib. Tədbirə Milli Məclisin vitse-spiker Bahar Muradova, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Qyliyev, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Veronika Kotek, ATƏT-in Bakı ofisinin xüsusi nümayəndəsi Əli Bilgə Cankorel, doplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər tədbirdə iştirak ediblər.

Azay Quliyev tədbiri giriş sözü ilə açaraq Avropa Şurasının keçdiyi tarixi dövrə nəzər salıb. “İkinci Dünya müharibəsinin təsirindən çox zəif düşmüş 10 Avropa dövlətlətinin nümayəndəsi bir yerə gələrək regionun yenidən qurulması üçün belə bir təşkilatın bünövrəsini qoydular. Mövcudluğunun 60 ili dövründə dünyaya Avropa İnsan hüquqları Məhkəməsi, Avropa Komissiyası kimi digər təşkilatlar kimi bəxş edib.

1996-cə ildə respublikamıza təşkilat daxilində xüsusi dəvət olunmuş qonaq statusu verilsə də artıq 5 il (25 yanvar 2001-ci il) sonra Azərbaycan qurumun tamhüquqlu üzvünə çevrildi. Avropa Şurasına üzv olduğumuzdan bu günədək haqq səsimizi dünyaya çatdırmamızda, Dağlıq Qarabağ münaqişəsinin həllində təşkilat bir tribuna, vasitə rolunu oynayıb. Düşünürəm ki, təşklatın çağdaş zamanımızda digər beynəlxalq təşkilatlar-BMT, ATƏT kimi müəyyən transformasiylara, modernləşməyə və fəaliyyətində daha da obyektiv mövqe nümayiş etdirərək ikili standardlardan uzaq olmasına ehtiyac var”.

Azay Quliyev təşkilatın 60 illiyinə həsr olunmuş “Azərbaycan  və Avropa Şurası” kitabının əhəmiyyətinə toxunaraq kitabı yazan insanlara öz təşəkkürünü bildirdi: “Dövlətimiz təşkilata üzv olduğu ötən illər ərzində daim prinsipial möqe nümayiş etdirib və təşkilatın bizə verdiyi ikanlara rəğmən öz töhfəsini də quruma verib. Azərbaycan  və Avropa Şurası kitabı məhz belə töhfələrdəndir”.

Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanın Avropa Şurasına üzvlüyünün əhəmiyyətindən,  keçən dövr ərzində təşkilatla dövlətimizin bir-birinə verdiyi qarşılıqlı töhfələrdən danışdı: “Ötən illər ölkəmiz üçün çox məhsuldar olub. İnsan hüquqları üzrə, bələdiyyə seçkiləri ilə bağlı, milli azlıqlar, din azadlığı, millətlərin sərbəst və azad şəkildə toplaşmq hüquqları ilə bəğlı çoxlu islahatlar keçirib və daxilim siyasətimizi qabaqcıl Avropanın prinsiplərinə yaxınlaşdırmışıq. Təşkilata üzv olduğumuz ötən illər ərzində çox işlər görərək erməni lobbisinin ölkəmizə qarşı formalaşdırdığı mənfi sterotipləri qıra bilmiş və Dağlıq Qarabağ münaqişəsində öz haqlı mövqeyimizi çatdırmışıq”.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Vertonika Kotek, çıxışında heç nəyin həyatda ideal olmadığını, fəaliyyətlərində müəyyən çatışmazlıqlar ola biləcəyinin mümkünlüyünü bildirib: “Azərbaycanın təşkilatda yerini xüsusi qiymətləndiririk və dövlətnizin mövqeyinə daim xüsusi önəm veririk. Qarşılıqlı münasibətlərdə bir-birimizi razı salmayacaq məqamlar olur, lakin bunun da bir çıxış yolu var həmin vasitə dialoqdur. Məhz, dialoq vasitəsilə və sıx əməkdaşlıq sayəsində biz qarşılıqlı münasibətləri çözə, problemləri həllini tapa bilərik”. 

Əlvan Rüstəmov

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək