Modern.az

Üsyançıların pilotsuz uçuş aparatı vuruldu

Üsyançıların pilotsuz uçuş aparatı vuruldu

28 İyul 2019, 21:12

Ərəb koalisiyası Yəmən sərhədi yaxınlığındakı Nəcran şəhəri istiqamətində "Ənsar Allah" hərəkatından (husilər) yəmənli üsyançıların buraxıldığı pilotsuz uçuş aparatlarını vurub.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bunu koalisiyanın nümayəndəsi Turki əl-Maliki deyib.

Əl-Malikinin sözlərinə görə, koalisiya qüvvələri Nəcran şəhərinə zərbə endirməyə çalışan husilərin pilotsuz uçuş aparatını vurmağa müvəffəq olub.

Bundan əlavə, husilərin Səudiyyə Ərəbistanın Nəcran hava limanına hücum etməsi barədə yayılan məlumatın doğru olmadığını deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok