Modern.az

Ağrı ilə həkimə getdi, qulağından kəpənək çıxdı

Ağrı ilə həkimə getdi, qulağından kəpənək çıxdı

Aktual

9 Avqust 2019, 13:15

Antalyada ağac budayan 38 yaşlı Ahmet Gökünün başına nadir hadisə gəlib.

 

Modern.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, qulağında yaşanan  ağrı ilə əlaqədar olaraq xəstəxanaya gedən kişinin qulağından canlı kəpənək çıxıb.

Ahmet Gökün deyir ki, “Qulağıma kəpənəyin girməsini hiss etməmişəm. Sadəcə olaraq ağrılar başladı ona görə həkimə müraciət etməli oldum. Qulağımdan kəpənəyin çıxmasını evdə həyat yoldaşıma söylədim inanmadı”.

 

Həkimlər qarşılaşdıqları hadisə ilə əlaqədar olaraq çox təəccübləniblər. Bildirirlər ki, belə hadisələr nadir hallarda yaşanır. Kəpənəyin qulağa qorunmaq üçün daxil olduğunu deyən qulaq-burun mütəxəssisləri onun canlı qalmasını möcüzə hesab edirlər.


Kəpənək canlı olaraq quladan çıxarıldıqdan sonra təbiətə buraxılıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi