Modern.az

Şimali Koreya növbəti raket sınaqları keçirdi – Trampla razılaşma pozuldu

Şimali Koreya növbəti raket sınaqları keçirdi – Trampla razılaşma pozuldu

Dünya

10 Avqust 2019, 09:25

Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri fonunda raket sınaqlarını davam etdirir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Pxenyan buna qədər hərbi təlimlərin ləğvini tələb edirdi.

 

Avqusutun 10-u gecə Şimali Koreya daha 2 raket sınağı həyata keçirib. Ölkənin şərqində yerləşən Xamxın şəhərindən atılan raketlər Yapon dənizinə düşüb. Cənubi Koreya mətbuatı ballistik raketlərin KN-23 tipli olduğunu düşünür. Sınaqlar Donald Tramp və Kim Çen In arasında Sinqapur və Vyetnamda əldə olunmuş razılaşmaların faktiki olaraq pozulduğunu göstərir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir