Modern.az

Azyaşlı ölümdən son anda xilas edildi

Azyaşlı ölümdən son anda xilas edildi

12 Avqust 2019, 22:31

Samux rayonunda bədbəxt hadisə baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

2014-cü il təvəllüdlü Zeyid Həsənli ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun həyətlərindəki hovuza düşərək boğulduğu deyilir. Azyaşlı hazırda özəl xəstəxanaların birinə yerləşdirilib.

Samux Rayon Polis Şöbəsində hadisənin təfərrüatları araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!