Modern.az

Bakıda bacı-qardaşı oğurlayan qadına cinayət işi açıldı - RƏSMİ

Bakıda bacı-qardaşı oğurlayan qadına cinayət işi açıldı - RƏSMİ

Aktual

16 Avqust 2019, 18:05

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanından itkin  düşən bacı-qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu tapılıb.


Uşaqları özü ilə Bərdəyə aparan Nargilə Quliyeva adlı qadın isə artıq saxlanılıb.

Bu barədə Modern.az-a Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

İdarənin məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.

Məlum olub ki, Nargilə Quliyeva adlı qadın uşaqları valideynlərindən icazəsiz olaraq özü ilə Bərdəyə aparıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

İstintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

İctimai təhlükəli əməldə şübhəli bilinən, 1993-cü il təvəllüdlü Nargilə Quliyeva tutularaq istintaqa təhvil verilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?