Modern.az

Qalada yolu keçən piyadanı maşın vurub öldürdü

Qalada yolu keçən piyadanı maşın vurub öldürdü

Aktual

12 Sentyabr 2019, 19:09

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə. sentyabrın 11-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok