Modern.az

Xəsarət alan “Azərişıq” əməkdaşlarının vəziyyəti ağırdı - RƏSMİ

Xəsarət alan “Azərişıq” əməkdaşlarının vəziyyəti ağırdı - RƏSMİ

Aktual

18 Sentyabr 2019, 14:21

Qubanın Söhüb kəndində qeydə alınan avtomobil qəzasında xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Bu barədə Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Saleh Abzər oğlu Abdullayev (1992 Sumqayıt şəhəri Corat qəsəbə sakini) sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu ilə, İlkin Mahir oğlu Rəsulov (1984 Sumqayıt şəhər sakini) kəllə beyin travması, hər iki budun orta üçdə birinin sınığı, sol baldırın sınığı. soporoz hal, travmatik şok diaqnozu ilə xəstəxanaya qəbul ediliblər.

Bildirilib ki, xəstələr hazırda Quba Mərkəzi Rayon xəstəxanasının reanimasiya şöbəsinə mülaicələrini davam etdirirlər:

“Hər iki yaralının vəziyyəti kritik kimi qiymətləndirilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir