Modern.az

Türkiyədən azərbaycanlılar kütləvi deport edilmir - RƏSMİ

Türkiyədən azərbaycanlılar kütləvi deport edilmir - RƏSMİ

Aktual

19 Sentyabr 2019, 22:26

"Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal şəraitdə yaşayan Azərbaycan vətəndaşlarının kollektiv şəkildə deport edilməyə başlandığına dair xəbərlər dərc olunub. Həmin xəbərlər həqiqəti əks etdirmir".

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.


Məlumatda bildirilir ki, Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi iki gün əvvəl vitse-prezident cənab Fuat Oktay və Baş nazir cənab Novruz Məmmədovun sədrliyi ilə keçirilən Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə edilib və problemlərin həlli istiqamətində lazımi addımların atılması qərara alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…