Modern.az

Ərdoğan İstanbul zəlzələsindən DANIŞDI: 8 nəfər yaralanıb

Ərdoğan İstanbul zəlzələsindən DANIŞDI: 8 nəfər yaralanıb

26 Sentyabr 2019, 17:06

5,8 bal gücündə baş verən zəlzələ nəticəsiondə İstanbulda telefon və sosial şəbəkələrin istifadəsində ciddi problemlər yaranıb.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, insanlar WhatsApp yazışmalarında və telefon zənglərində problem yaşayırlar.

Meydana gələn zəlzələ ilə əlaqədar məktəblər tətil qərarı verib. İstanbul küçələrində nəqliyyatın hərəkətində də ciddi problemlər yaşanıb. Bəzi yerlərdə böyük tıxacların yarandığı qeyd edilir.

Hələ ki, ölüm halının qeydə alınmadığı bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bildirib ki, 8 nəfər yüngül yaralanıb. Bəzi binalara ziyan dəyib, lakin bu da ağır deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir