İranda rusiyalı jurnalist İrina Yuzik həbs olunub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin press-attaşesi Andrey Qanenko məlumat verib.
Yuzik Tehranda qaldığı oteldən zindana salınıb. Onu 10 ilə kimi həbs gözləyir.
İran tərəfi rusiyalı jurnalisti İsrail xeyrinə casusluqda ittiham edir.