Modern.az

İlham Əliyev Ermənistan hakimiyyətini faşizmin tərənnümündə İTTİHAM ETDİ

İlham Əliyev Ermənistan hakimiyyətini faşizmin tərənnümündə İTTİHAM ETDİ

Aktual

11 Oktyabr 2019, 12:19

“Dövlət başçıları dəfələrlə faşizmin tərənnüm olunmasına qarşı çıxıb. Təəssüf ki, belə hallar MDB məkanında da, konkret olaraq Ermənistanda baş verir. Əvvəlki hakimiyyət Yerevanın mərkəzində daha çox Qaregin Hjde adı ilə tanından millətçi, satqın Qaregin Ter-Arutunyana abidə ucaldıb”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Pezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının ilcasında çıxışı zamanı deyib.

 

Azərbaycanın dövlət başçısı xatırladıb ki, Rusiya da daxil olmaqla, bir çox ölkələr Ermənistan hakimiyyətini “bu cılız addımına” görə tənqid etmişdi.

İclasda iştirak edən Ermənistan baş naziri Nikol Paşinyan isə Serj Sarkisyan hakimiyyəti dövründə qoyulan abidəyə görə haqq qazanmağa cəhd edib.    

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü