Modern.az

Zərdabda qazın verilişində fasilə yaranıb

Zərdabda qazın verilişində fasilə yaranıb

Aktual

12 Oktyabr 2019, 17:59

Bu gün Zərdab rayonunun 4 kəndinin qaz təchizatında fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, buna səbəb Zərdab rayonunun Alıcanlı 1, Alıcanlı 2, Çallı, Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində yeraltı orta təzyiqli qaz kəmərini qazıntı işləri aparılan texnika ilə zədələmələri olub.

Saat 15:00-dan 4 kənddə xeyli sayda abonentin qaz təminatında fasilə yaranıb. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir