Modern.az

Yenə minlərlə insan hava limanlarında qaldı - SƏBƏB

Yenə minlərlə insan hava limanlarında qaldı - SƏBƏB

Aktual

6 Noyabr 2019, 21:13

“Lufthansa” şirkətinin əməkdaşları tərəfindən keçirilən tətillərlə bağlı uçuşların xüsusi cədvəli tətbiq edilib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, UFO təyyarə bələdçiləri ittifaqı tərəfindən məvacibləri artırmaq və əmək şəraitini yaxşılaşdırmaq tələbi ilə noyabrın 7-8-nə təyin olunan tətillə bağlı tətbiq edilən qrafikə görə əksəriyyəti Almaniya hava limanlarından olmaqla bütövlükdə 1300 uçuş ləğv edilir və bu da 180 minədək sərnişini əhatə edir.

Şirkətdən bu tətili dayandırmaq üçün təcili addımlar atdıqlarını, lakin tətilin qanunsuz olmadığı qənaətinə gəldiklərini də bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok